**********************************************************************************************************
Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) missiyası

Azərbaycan Kredit Ittifaqları Assosiasiyası (AKİA) öz üzvləri olan kredit ittifaqları üçün təlim, təşviqat, texniki yardım, lobbiçilik və məsləhət xidmətləri göstərir. Onun əsas missiyası kredit ittifaqları şəbəkəsini yaratmaqdan və kredit ittfaqlarının güclü inkişaf etməsinə yardım etməkdən ibarətdir. Bunun üçün aşağıda qeyd olunmuş fəaliyyət növlərini həyata keçirir:

  • kredit ittifaqlarına rəhbərlik etmək və müəyyən təşkilatı xidmətlər göstərmək;
  • kredit ittifaqlarının düzgün fəaliyyət göstərmələrinə daim yardım etmək;
  • kredit ittifaqlarına texniki yardımlar, təlimlər, məsləhətlər və hüquqi xidmətlər göstərmək;
  • kredit ittifaqlarının müxtəlif iqtisadi proqramlarında iştirak etmələri ilə bağlı vəsaitlərin əldə edilməsinə lazımi yardım göstərmək.

Missiyaları Assosisasiyanın missiya arayışı ilə uyğun gələn və nizamnamə ilə razılaşan Azərbaycanın bütün kredit ittifaqları üzv ola bilərlər. Assosiasiyaya üzv olan kredit ittifaqlarına onun təlim kurslarında və konfranslarda, habelə müxtəlif mikromaliyyə layihələrində iştirak etmək səlahiyyəti verir. **********************************************************************************************************